Ukrayna Silahlı Qüvvələri Amerika istehsalı olan F-16 qırıcıları və Fransa istehsalı olan “Mirage” qırıcılarını Rusiya hərbçilərindən gizlətmək üçün yeraltı bunkerlər tikməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "The National Interest" yazıb.
Məqalə müəlliflərinin fikrincə, Ukraynaya çatdırılan qırıcılar Rusiya Silahlı Qüvvələrinin zərbələri üçün prioritet hədəflərdən birinə çevrilib.
“Ukrayna onları qorumaq üçün yeraltı bunkerlər tikir”, - məqalədə vurğulanıb.
Ukraynalı pilotların da "F-16" və "Mirage" qırıcılarını qorumaq üçün xüsusi qaydalara əməl etdikləri, əsasən aşağı hündürlükdə uçmağa çalışdıqları bildirilir.