EN

Ali təhsil müəssisələrinə keçid ballarının aşağı düşmə ehtimalı varmı?

Bakı. Trend:

Hazırda abituriyentlər həyəcanla ixtisas seçimlərininbaşlayacağı günü gözləyirlər. Onları maraqlandıran əsas suallar isəuniversitetlərə keçid balları ilə bağlıdır.

Bəs, hazırda vəziyyət necədir və ali təhsilmüəssisələrinə keçid ballarının aşağı düşmə ehtimalıvarmı?

Mövzu ilə bağlı Trend-ə Azərbaycan Dövlət Pedaqoji UniversitetininTəhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəriKamran Əsədov bildirib ki, 2025‑ci il ali təhsilmüəssisələrinə qəbul imtahanlarının nəticələri artıq açıqlanıb vənövbəti kritik mərhələ – ixtisas seçimi – yaxın günlərdəbaşlayacaq.

O qeyd edib ki, bu mərhələdə abituriyentləri ən çoxmaraqlandıran suallardan biri isə keçid ballarında dəyişiklikxüsusilə də enmə ehtimalının olub-olmamasıdır.

"Lakin bu ilki statistik göstəricilər və plan yerləri üzrətəhlillər göstərir ki, əksinə, bəzi ixtisaslar üzrə keçidballarında yüksəliş gözlənilir. İlk olaraq qeyd edilməlidir ki,2025‑ci ildə qəbul planı 61 minə çatdırılıb. Bu, ötən illəmüqayisədə əhəmiyyətli artımdır. Lakin bu genişlənməyə baxmayaraq,150 və daha çox bal toplayan abituriyentlərin sayı da kəskinşəkildə artıb. Belə ki, 2024‑cü illə müqayisədə bu il 150-dən çoxbal toplayanların sayı 10 min nəfər artaraq ümumi rəqabət mühitinidaha da sərtləşdirib. Bu isə keçid ballarının enməsi ehtimalınıböyük ölçüdə aradan qaldırır. III ixtisas qrupu üzrə – yənihumanitar sahələr, hüquq, jurnalistika, tarix, kitabxanaçılıq və s.– keçid ballarında ciddi enmə gözlənilmir. Əksinə, bəziixtisaslarda, xüsusilə dövlət sifarişi ilə ayrılan plan yerlərininsayı az olan hüquqşünaslıq və psixologiya kimi sahələrdə keçidballarının bir qədər də yüksəlməsi ehtimalı mövcuddur. Pedaqojiixtisaslarda – xüsusilə də ibtidai sinif, məktəbəqədər təhsil vəAzərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisaslarında – keçidballarının artacağı real görünür. Bunun səbəbləri arasındamüəllimlik ixtisaslarına yönəlik sosial müdafiə tədbirləri,təqaüdlər, işə qəbul zamanı üstünlüklər və “sabit iş imkanı” amiliönə çıxır. İbtidai sinif və məktəbəqədər təhsil ixtisasları bu ilxüsusilə qız abituriyentlər arasında rəqabətli ixtisaslarsırasındadır".

K.Əsədovun sözlərinə görə, I ixtisas qrupu üzrə – mühəndislik vətexniki sahələr – keçid ballarında radikal dəyişikliklərgözlənilmir:

"Riyaziyyat və fizika fənləri üzrə nəticələrin əvvəlki illərləmüqayisədə ortalama bərabər səviyyədə olması bu proqnozugücləndirir. Xüsusilə dövlət sifarişi ilə ayrılmış plan yerləriningeniş olması mühəndislik sahələrində keçid ballarının sabitqalacağını deməyə əsas verir.

II ixtisas qrupu üzrə isə fərqli dinamika müşahidə olunur.Buraya iqtisadiyyat, idarəetmə, maliyyə və turizm kimi sahələrdaxildir. Bu il ingilis dilli ixtisaslar – məsələn, “İqtisadiyyat(ingilis dili ilə)”, “Biznesin idarə edilməsi (ingilis dili ilə)” –abituriyentlər tərəfindən daha çox seçilir. Bu isə keçid ballarınınyüksəlməsinə səbəb olacaq. Çünki həm bu ixtisaslara maraq artıb,həm də həmin ixtisaslar üzrə plan yerləri məhdud saxlanılıb. Eynizamanda, bu proqramların bir çoxu beynəlxalq əməkdaşlıqlarlabağlıdır və əmək bazarında daha yüksək gəlirli perspektivlər vədedir.

IV ixtisas qrupu üzrə – yəni tibb və biotexnologiya sahələri –ənənəvi olaraq yüksək bal tələb edən ixtisaslardandır. Bu il dədəyişiklik gözlənilmir. Əksinə, “Müalicə işi”, “Stomatologiya”,“Əczaçılıq” kimi ixtisaslarda keçid ballarında sabit yüksəliştendensiyası davam edəcək. Bu sahədə plan yerləri məhduddur, ammamaraq yüksəkdir. Bu isə keçid ballarının enməsi deyil, artması ilənəticələnəcək.

V ixtisas qrupu üzrə – pedaqoji yönümlü xüsusi ixtisaslar vəinklüziv təhsil sahəsi – keçid ballarında kiçik dalğalanmalar başverə bilər, lakin bu, daha çox subbakalavr pilləsi üzrə olanlarınseçimlərinə bağlıdır. Amma ümumilikdə V qrup üzrə də ciddi enməgözlənilmir".

"Bütövlükdə 2025‑ci ildə qəbul planının 61 min yerə qədərartırılması müəyyən sahələrdə abituriyentlər üçün imkanlarıgenişləndirsə də, bu imkanlar nəticələrin kəskin yaxşılaşdığı birildə baş verdiyindən keçid ballarının azalmasına deyil, sabitqalmasına və ya artmasına səbəb olacaq. Burada əsas faktorlardanbiri də məhz yüksək nəticə göstərmiş abituriyentlərin sayınınəhəmiyyətli dərəcədə artmasıdır.

Son olaraq qeyd etmək vacibdir ki, Elm və Təhsil Nazirliyi iləDövlət İmtahan Mərkəzi bu il də ixtisas seçimi mərhələsindəabituriyentlər üçün marifləndirici mexanizmləri və analitikplatformaları yetərincə effektiv təqdim etmir. Abituriyentlərin özbalı ilə hansı ixtisaslara düşə biləcəklərinə dair real proqnozlarüzərində işlənmiş, statistik əsaslı platformalar hələ də mövcuddeyil və bu da yanlış seçim risklərini artırır. Nəticədə, keçidballarının necə formalaşacağı ilə bağlı proqnozlar yalnız statistiktəhlillərə əsaslanmaqla aparılır, real zamanlı dinamika isəizlənilmir. Bu boşluğun aradan qaldırılması üçün elektronproqnozlaşdırma sistemləri, süni intellekt əsaslı ixtisas uyğunluğutəklif edən modulların tətbiqi vacibdir.

Nəticə etibarilə, bu il ixtisas seçimi mərhələsində xüsusiləyüksək bal toplayan abituriyentlərin daha ağıllı strategiyalarseçməsi gözlənilir və bu da rəqabətin müəyyən ixtisaslarda ciddişəkildə artmasına səbəb olacaq. Beləliklə, keçid ballarında ümumimənzərə – ya sabitlik, ya da artım istiqamətində olacaq; enməehtimalı isə minimaldır",- deyə K.Əsədov fikirlərinitamamlayıb.

Təhsil eksperti Rizvan Fikrətoğlu isə Trend-ə danışan bildirib ki, hazırda Dövlətİmtahan Mərkəzinin yaxın günlərdə dərc edəcəyi “Abituriyent-4” vəstatistika jurnallarını gözləyirik.

"Ondan sonra daha konkret və daha yekun fikirlər bildirmək olar.Faktiki olaraq, bu jurnallar yoxdur deyə, daha konkret danışmaqolmur. Amma, məsələn, 5-ci ixtisas qrupunda fiziki tərbiyəmüəllimliyidir, ümumi fiziki hazırlıq, kütləvi sağlamlaşdırıcıidman, adaptiv idman, beləcə də təsviri incəsənət müəllimliyi,dizayn ixtisasları qrupu, həmçinin, 4-cü ixtisas qrupunda, tibbyönümlü ixtisaslarda, eyni zamanda 3-cü ixtisas qrupunda ballardaartımlar gözlənilir. İxtisaslar üzrə 3-5 bal artım ola bilər. 2-ciixtisas qrupunda, adətən, Bakı Dövlət Universiteti, ADNSU və.s.kimi universitetlərdə müəyyən artım ola bilər. Həmçinin bununparalelində, bəzi ixtisas qrupunda, bir sıra mühəndislik sahələrdəartım gözlənilir, amma bunun paralelində azalmalar da müşahidəolunacaq. Daha dəqiq fikir isə, dediyim kimi, həmin jurnallarçıxandan sonra daha konkret fikirlər bildirmək olar",- deyə o əlavəedib.

Chosen
53
5
az.trend.az

6Sources