EN

Endrikin “Real Sosyedad”a keçidi baş tutmadı

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Real"ın hücumçusu Endrikin "Real Sosyedad"da keçidi son anda baş tutmayıb. Sport24.az insayder Arança Rodrigesə istinadən xəbər verir ki, buna səbəb futbolçunun zədəli olmasıdır.

Mənbənin sözlərinə görə, 19 yaşlı braziliyalı indi 2030-cu ilə qədər müqaviləsi olan Madrid klubunda qalacaq."Transfermarkt" portalı hücumçunun dəyərini 35 milyon avro qiymətləndirir.

İyul ayında Endrik zədə alıb, iki və ya iki ay yarım müddətinə yaşıl meydanlardan kənarda qalmalı olacaq ki, bu da "Real Sosyedad" rəhbərliyini qane etməyib.

Qeyd edək ki, braziliyalı forvard 2024/25 mövsümündə bütün turnirlərdə 37 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
114
17
sport24.az

10Sources