Türkiyə futbolunda transfer bazarı ildən-ilə aktivləşir. Avropanın böyük klublarından Super Liqa nəhənglərinə baha qiymətə transferlər Türkiyənin futbol tarixinə həkk olunub.
Hafta.az-ın yazdığına görə, Türkiyə futbol tarixinin ən bahalı transferlərinin siyahısı aşağıdakı kimidir:
Viktor Osimhen – “Napoli”dən “Qalatasaray”a 75 milyon avroya,
Orkun Kökçü – “Benfika”dan “Beşiktaş”a 25 milyon avroya,
Yussef ən-Nəsiri – “Sevilla”dan “Fənərbaxça”ya 19,5 milyon avroya,
Qabriel Sara – “Norviç Siti”dən “Qalatasaray”a 18 milyon avroya,
Mario Jardel – “Porto”dan “Qalatasaray”a 17,05 milyon avroya,
Gedson Fernandes – “Benfika”dan “Beşiktaş”a 16 milyon avroya,
Cengiz Ündər – “Marsel”dən “Fənərbaxça”ya 15 milyon avroya,
Nikolo Zaniolo – “Roma”dan “Qalatasaray”a 15 milyon avroya,
Daniel Quiza – “Mayorka”dan “Fənərbaxça”ya 14 milyon avroya,
Mbaye Diagne – “Kasımpaşa”dan “Qalatasaray”a 13 milyon avroya,
Emmanuel Emenike – “Spartak Moskva”dan “Fənərbaxça”ya 13 milyon avroya,
Bruma – “Sporting”dən “Qalatasaray”a 13 milyon avroya transfer olunub.