“Levski”nin futbolçusu Georgi Kostadinov Konfrans Liqasının III təsnifat mərhələsinin “Sabah”la ilk oyununu buraxacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. Avropa Liqasının II təsnifat mərhələsində “Braqa” ilə oyunda zədə alan Kostadinov “Sabah”la matçda meydana çıxmayacaq.
Avqustun 7-də keçiriləcək “Levski” – “Sabah” oyununa 22:00-da start veriləcək. Cavab görüşü avqustun 14-də olacaq.