EN

Azərbaycan taekvondoçusu ABŞ-da keçiriləcək beynəlxalq düşərgəyə xüsusi dəvət alıb

Azərbaycan taekvondoçusu, Paris 2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu Qaşim Maqomedov 30–31 avqust tarixlərində ABŞ-da keçiriləcək Mayami 2025 Beynəlxalq Taekvondo Düşərgəsinə xüsusi qonaq və təlimçi qismində rəsmi dəvət alıb.
Beynəlxalq düşərgədə Qaşim Maqomedov ustad dərsləri keçərək iştirakçılarla öz təcrübəsini bölüşəcək.

Chosen
18
6
report.az

10Sources