AZ

Qaşim Maqomedov “Mayami 2025” təlim düşərgəsinə dəvət alıb

Azərbaycan taekvondoçusu, Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu Qaşim Maqomedov ABŞ-də keçiriləcək “Mayami 2025” beynəlxalq taekvondo düşərgəsinə dəvət alıb.

Bu barədə Operativ Media-ya Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən bildirilib.

O, xüsusi qonaq və təlimçi qismində “ustad dərsləri” keçərək, iştirakçılarla təcrübəsini bölüşəcək.

Qeyd edək ki, düşərgə avqustun 30–31-də təşkil olunacaq.

Seçilən
27
3
operativmedia.az

10Mənbələr