EN

8 Noyabr prospektində baş verən qəzanın səbəbləri araşdırılır

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Bakıda marşrut avtobusu qəza törədib. Hadisə Xətai rayonu 8 Noyabr prospektində baş verib.

46 saylı marşrut xətti üzrə hərəkət edən “Vətən.az” MMC-yə məxsus “İsuzu” markalı marşrut avtobusu idarəetmədən çıxaraq işıqfora çırpılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, 12 nömrəli marşrut xətti üzrə hərəkət edən “Vətən.az” MMC-yə məxsus avtobus avqustun 4-də 8 Noyabr prospektində qəza törədib:

“Daşıyıcının məlumatına görə, hadisə nəqliyyat vasitəsi qaraja yollanarkən baş verib və avtobusda sərnişin olmayıb. Hadisənin başvermə səbəbləri araşdırılır”.(trend.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
60
4
avtosfer.az

5Sources