AZ

8 Noyabrda avtobus işıqfora çırpıldı - Video-Yenilənib

Bakıda marşrut avtobusu qəza törədib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Xətai rayonu 8 Noyabr prospektində baş verib.

Belə ki, 12 saylı marşrut xətti üzrə hərəkət edən “Vətən.az” MMC-yə məxsus “İsuzu” markalı marşrut avtobusu idarəetmədən çıxaraq işıqfora çırpılıb.

***

AYNA-dan bildirilib ki, 12 nömrəli marşrut xətti üzrə hərəkət edən “Vətən.az” MMC-yə məxsus avtobus avqustun 4-də 8 Noyabr prospektində qəza törədib. Daşıyıcının məlumatına görə, hadisə nəqliyyat vasitəsi qaraja yollanarkən baş verib və  avtobusda sərnişin olmayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Seçilən
42
4
qafqazinfo.az

5Mənbələr