EN

Azərbaycanda I yarımildə sənaye zonalarının qeyri-neft-qaz istehsalında və ixracında payı açıqlanıb

Bu ilin I yarısında 1,83 milyard manatlıq məhsul istehsalı ilə Azərbaycandakı sənaye zonalarının qeyri-neft-qaz sənayesi məhsullarının istehsalında xüsusi çəkisi 18,7 %, qeyri-neft sənayesi məhsullarının ixracında isə 28,3 % (583,5 milyon manat) olub.

Operativ Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.

Məlumata görə, son dövrlərdə ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq yaradılan sənaye zonalarının qeyri-neft sənayesi məhsullarının istehsalında və ixracında xüsusi çəkisi artmaqda davam edir.

Hazırda ölkəmizdə 13 sənaye zonası mövcuddur. Sənaye zonalarında investisiya portfeli 8 milyard manatdan çox olan 160 sahibkarlıq subyekti rezident, 12 sahibkar isə qeyri-rezident kimi qeydiyyata alınıb.

Chosen
27
9
operativmedia.az

10Sources