AZ

Azərbaycanda I yarımildə sənaye zonalarının qeyri-neft-qaz istehsalında və ixracında payı açıqlanıb

Bu ilin I yarısında 1,83 milyard manatlıq məhsul istehsalı ilə Azərbaycandakı sənaye zonalarının qeyri-neft-qaz sənayesi məhsullarının istehsalında xüsusi çəkisi 18,7 %, qeyri-neft sənayesi məhsullarının ixracında isə 28,3 % (583,5 milyon manat) olub.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, son dövrlərdə ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq yaradılan sənaye zonalarının qeyri-neft sənayesi məhsullarının istehsalında və ixracında xüsusi çəkisi artmaqda davam edir.

Hazırda ölkəmizdə 13 sənaye zonası mövcuddur. Sənaye zonalarında investisiya portfeli 8 milyard manatdan çox olan 160 sahibkarlıq subyekti rezident, 12 sahibkar isə qeyri-rezident kimi qeydiyyata alınıb.

Seçilən
22
9
report.az

10Mənbələr