EN

Azərbaycan taekvondoçusu ABŞ-da ustad dərsləri keçəcək

Azərbaycan taekvondoçusu, Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu Qaşim Maqomedov ABŞ-də keçiriləcək "Mayami 2025" beynəlxalq taekvondo düşərgəsinə dəvət alıb.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən bildirilib.

O, xüsusi qonaq və təlimçi qismində "ustad dərsləri" keçərək, iştirakçılarla təcrübəsini bölüşəcək.

Qeyd edək ki, düşərgə avqustun 30–31-də təşkil olunacaq.

Chosen
34
6
90deqiqe.az

10Sources