"Qarabağ" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununa çıxıb.
Operativ Media xəbər verir ki, Azərbaycan təmsilçisi səfərdə Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşıb.
“Todor Proeski” stadionunda keçiriləcək matç "Qarabağ"ın 1-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Cavab görüşü bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.