Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.
Operativ Media xəbər verir ki, Azərbaycan təmsilçisi səfərdə İrlandiyanın "Şelburn" komandası ilə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Qeyd edək ki, cavab qarşılaşması iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.