UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, bu gecə 4 görüş reallaşıb.
Azərbaycan təmsilçisi “Qarabağ” Şimali Makedoniyada “Şkendiya”nı tək qolla yenib. “Malmö” “Kopenhagen”lə heç-heçəyə razılaşıbsa, “Reyncers” evdə “Viktoriya”nı darmadağın edib. Kiyev “Dinamo”su isə “Pafos”la ev oyununda yenilgiyə üzülüb.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, ilk oyunlar
5 avqust
Malmö (İsveç) – Kopenhagen (Danimarka) 0:0
Dinamo (Kiyev, Ukrayna) – Pafos (Kipr) 0:1
Şkendiya (Şimali Makedoniya) – Qarabağ 0:1
Reyncers (Şotlandiya) – Viktoriya (Plzen, Çexiya) 3:0