AZ

ÇL: Kiyev “Dinamo”su uduzdu, “Reyncers” qalib gəldi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün 3-cü təsnifat mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Qarabağ” Şimali Makedoniyada “Şkendiya”nı məğlub edib. İsveçin “Malmö” komandası Danimarka “Kopenhagen”i ilə heç-heçəyə razılaşıb. Şotlandiya “Reyncers”i ilk oyunda Çexiyanın “Viktoriya” komandasına qalib gəlib. Kiyev “Dinamo”su isə Kipr “Pafos”u ilə ev oyununda məğlubiyyətə üzülüb.

ÇL-in 3-cü təsnifat mərhələsinin qalan ilk oyunları sabah keçiriləcək. Cavab görüşləri isə hələn həftə baş tutacaq.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
5 avqust

Malmö (İsveç) – Kopenhagen (Danimarka) 0:0
Dinamo (Kiyev, Ukrayna) – Pafos (Kipr) 0:1
Şkendiya (Şimali Makedoniya) – Qarabağ (Azərbaycan) 0:1
Reyncers (Şotlandiya) – Viktoriya (Plzen, Çexiya) 3:0

Seçilən
23
7
arena.az

8Mənbələr