BAKI, 6 avqust. TELEQRAF
“Qəbələ” Abdullahi Şuaybu ilə yollarını ayırıb.
Nigeriyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Abdullahi “Qəbələ”də keçirdiyi 29 oyunda 8 qol vurub.
Komandamızın uğurunda əməyi olan Şuaybuya təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayırıq.