“Qəbələ” futbolçusu Abdullahi Şuaybu ilə yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Nigeriyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Abdullahi “Qəbələ”də keçirdiyi 29 oyunda 8 qol vurub.
Şuaybu bir müddətdir ki, "Şamaxı"da məşqlərdə iştirak edir. O, bu kluba keçəcəyi gözlənili.