EN

34 kq-dan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı- VİDEO

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.

Bu barədə Viral.az/” target=”_blank”>Viral.aza DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı Mahir Abbasov saxlanılıb. Bu şəxsdən ümumilikdə 34 kiloqram 650 qram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.

Son Yazılar:

Faktla bağlı Qaradağ RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Saxlanılan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Chosen
8
25
viral.az

10Sources