EN

Sabah çimərliklərdə 31 dərəcə isti olacaq

BAKI, 6 avqust. TELEQRAF

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Teleqraf-a verilən məlumata əsasən avqustun 7-də şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 29-30° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 30-31° isti olacaq.

Chosen
54
49
teleqraf.com

10Sources