AZ

Sabah çimərliklərdə suyun hərarəti 30 dərəcəni keçəcək - PROQNOZ

Abşeron çimərliklərində avqustun 7-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 

Dəniz suyunun temperaturu: 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 29-30° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 30-31° isti olacaq.

Seçilən
58
49
ekologiya.az

10Mənbələr