EN

Nazirlik Bakıda obyekti bağladı Video

Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakının Yasamal rayonunda yanğın təhlükəli mebel sexinin fəaliyyəti dayandırılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, ev 10 C ünvanında yerləşən Vüsal Teyyub oğlu Rzalıya məxsus mebel sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığını müəyyənləşdirib.

“Nəticədə yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş mebel sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”, - məlumatda deyilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
42
4
yeniavaz.com

10Sources