EN

İspaniyada meşə yanğınları: 1500-dən çox insan təxliyə edilib

İspaniyanın cənubundakı Kadiz əyalətində Tarifada iki gündür davam edən meşə yanğınları səbəbindən 1500-dən çox insan evlərindən və otellərindən təxliyə edilib.

Bakues.az xəbər verir ki, təxliyə zamanı təxminən 5000 avtomobil də təhlükəsiz ərazilərə çıxarılıb.

Belə ki, Əndəlus muxtar hökumətinin naziri Antonio Sanz yanğının söndürülməsi üçün 17 təyyarə və helikopterin cəlb edildiyini bildirib.

Vəziyyətin kritik olduğunu qeyd edən Sanz gecənin çətin keçdiyini vurğulayıb.

Xatırladaq ki, ölkənin şimalındakı Navarra bölgəsində də meşə yanğınlarının söndürülməsi üçün həm qurudan, həm də havadan əməliyyatlar davam edir.

Chosen
64
44
icma.az

10Sources