EN

Dövlət əmlakının icarəsindən büdcə daxilolmaları 22 %-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) xətti ilə dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 26,9 milyon manat təşkil edib.

"Cebheinfo.az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,7 % çoxdur.

İcarə daxilolmaları proqnozdan 34,4 % çox icra edilib.

Xatırladaq ki, bu il ƏMDX büdcəyə 46 milyon manat vəsait köçürməlidir. Beləliklə, 7 ay ərzində həmin məbləğin 58,5 %-i təmin olunub.

"Cebheinfo.az" 

Chosen
40
50
cebheinfo.az

10Sources