ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Mərkəzi Bankın (MB) məlumatına görə, cari ilin iyulun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 30 milyard 232 milyon manat (aylıq müqayisədə 0,1 faiz, ilin əvvəlinə nisbətən 3,2 faiz, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 12 faiz çox) təşkil edib.
Hesabat dövründə dövlət banklarının kredit qoyuluşu 7 milyard 449 milyon manata (illik müqayisədə 13,6 faiz çox) çatıb. Cari il ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi isə 24,3 faizdən 24,6 faizə yüksəlib.
İyulun 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 1 milyard 760 milyon manat (illik müqayisədə 11,8 faiz çox) olub. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,8 faizə yüksəlib.
Qeyd edək ki, Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 56-dır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.