EN

Onlayn qumar oyunları təşkil edənlər ifşa edildi - VİDEO

Almaniya mediası həyəcan təbili çalır. 

Avtosfer.az xəbər verir ki, tanınmış nəşrlər qaçaqmalçılıq yolu ilə gətirilən Dizel yanacağının ölkənin şərqində ayaq açdığını bildirirlər. Bu yanacaq mühərriklərə zərər vurmaqla qalmayıb, sürücünün də məsuliyyətə cəlb edilməsinə səbəb ola bilər.

Yaxın Şərqdə gərginlik fonunda Avropada yanacaq bahalaşıb. Lakin bəzi yanacaqdoldurma məntəqələrində dizel çox ucuz qiymətə sintetik yanacaq adı ilə satılır. Əslində söhbət Almaniyaya “yağlama materialı”, yaxud “pas əleyhinə vasitə” adı ilə gətirilib dizel yanacağı adı ilə satılan aşağı keyfiyyətli mayedən gedir. Bu yolla yanacağın hər litrinə tətbiq edilən 43 avro senti (təxminən 70 qəpik) vergidən yayınmaq mümkün olur. 30 tonluq sisternlə Almaniyaya yanacaq gətirənlər 15 min avro mənfəət əldə edirlər. Həm də bu yolla gətirilən yanacaq məntəqələrə nağd pulla satılır. Avropa qanunvericiliyi belə böyük məbləğdə nağd ödənişə icazə vermir. 

Problem təkcə Almaniya ilə məhdudlaşmır. Baltikyanı ölkələr, Polşa, Rumıniya və ümumilikdə keçmiş sosialst blokunda bu cür saxta yanacaq partiyalarının satılması halları intensivləşib. 

Keyfiyyətsiz yanacaqdan bir dəfə istifadə mühərrikə çox da ciddi zərər vermir. Lakin davamlı istifadə mühərriki sıradan çıxara bilər. Bu halda avropalı sığortaçılar ödənişdən imtina edirlər. 

Problemin Azərbaycana və azərbaycanlılara təsiri nə ola bilər? Sözügedən ölkələrdə çox sayda vətəndaşımız yşayır və işləyir.  Nəqliyyat şirkətlərimiz də bu ölkələrə yük daşıyır. Yük avtomobilləri də istisnasız olaraq dizel yanacağı tələb edir. Sürücülər də bir qayda olaraq eyni ərazidən yanacaq götürməyə vərdiş ediblər. Keyfiyyətsiz yanacaq avtomobili  hər an yolda qoya bilər ki, bu da nəqliyyat şirkəti üçün on minlərlə manat itki deməkdir. 

Ən əsası isə, sürücü bilərəkdən qaçaq yanacağı alırsa, inzibati və ya cinayət məsuliyyətinə cəl oluna bilər.

Vüqar

Chosen
42
50
avtosfer.az

10Sources