ABŞ Rusiyanın Murmansk vilayətindəki nüvə bazalarına Hərbi Hava Qüvvələrinə məxsus "Boeing WC - 135R" casus təyyarəsi göndərib.
Publika.az xəbər verir ki, bu barədə "Newsweek" jurnalı məlumat yayıb.
“ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "WC-135R" təyyarəsi İngiltərənin şərqindəki əsas Britaniya bazası olan "RAF Mildenhall"dan havaya qalxıb və daha sonra Norveçin qərb sahilləri boyunca şimala doğru hərəkət edib”, - deyə nəşr yazıb.