EN

26 yaşlı futbolçu qəflətən öldü

Ukraynanın “Zorya” klubunun futbolçusu Volodimir Belotserkovetsin 26 yaşında qəflətən vəfat edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə klub məlumat yayıb.

“ “Zorya” Futbol Klubu futbolçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Hamımız onu peşəkar, mehriban və yaxşı bir insan kimi xatırlayacağıq”, deyə komandanın məlumatında bildirilir.

Klubun yarımmüdafiəçisinin ölümünün səbəbi açıqlanmayıb.

 Qeyd edək ki, “Sport” portalı avqustun 6-da futbolçunun topuğundakı  zədənin sağaldığını, ümumi qrup məşqlərinə qayıtdığını yazıb. 

Xatırladaq ki,  Volodimir Belotserkovetsin Xarkovun “Metallist”  klubunun yetirməsi olub. O,“İnqulets” də də çıxış edib.

 

Chosen
89
3
qafqazinfo.az

4Sources