Ajans.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.  ABŞ-ın Corciya ştatında yerləşən Fort-Styuart hərbi bazasında naməlum şəxs tərəfindən atəş açılıb. “Hazırda vəziyyəti qiymətləndiririk, lakin atəş açılması ilə bağlı insidentin baş verdiyini təsdiqləyə bilərik”, – deyə bazanın nümayəndəsi, polkovnik-leytenant Endjel Tomko bildirib. Bildirildiyinə görə, hadisənin səbəbləri və xəsarət alanların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur, ərazidə nəqliyyatın hərəkəti məhdudlaşıdırılıb. Hadisə yerinə yaxın olan şəxsi heyətə bütün qapı və pəncərələri bağlı saxlamaları tapşırılıb. Agentliyin qeyd etdiyinə görə, Fort-Styuart ABŞ-ın ən iri hərbi bazalarından biridir və burada minlərlə hərbçi xidmət edir.

Bəzi mənbələrdə, ölənlərin olduğu və hadisənin davam etdiyi qeyd edilib.