AZ

ABŞ-da 5 hərbçini yaralayan şəxsin kimliyi məlum olub - YENİLƏNİB-1

ABŞ-ın Corciya ştatında yerləşən Fort-Styuart hərbi bazasında 5 nəfərin yaralandığı atışmanı törədən şəxsin kimliyi məlum olub.

APA "Fox News" telekanalına istinadən xəbər verir ki, atəş açan şəxs ABŞ ordusunun serjantı olub.

***


ABŞ-ın Corciya ştatında yerləşən Fort-Styuart hərbi bazasında baş verən silahlı insident nəticəsində beş hərbçi yaralanıb.

APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, yaralananların hamısı hərbçilərdir və onlar dərhal hospitala yerləşdiriliblər.

Silahlı şəxs saxlanılıb, araşdırma aparılır.

***
21:06

ABŞ-ın Corciya ştatında yerləşən Fort-Styuart hərbi bazasında naməlum şəxs tərəfindən atəş açılıb.

APA xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Hadisə nəticəsində hərbi obyekt qismən bağlanıb.

“Hazırda vəziyyəti qiymətləndiririk, lakin atəş açılması ilə bağlı insidentin baş verdiyini təsdiqləyə bilərik”, – deyə bazanın nümayəndəsi, polkovnik-leytenant Endjel Tomko bildirib.

Hadisənin səbəbləri və xəsarət alanların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.

Agentliyin qeyd etdiyinə görə, Fort-Styuart ABŞ-ın ən iri hərbi bazalarından biridir və burada minlərlə hərbçi xidmət edir.

Seçilən
75
3
apa.az

10Mənbələr