EN

AzVP sədri Akif Nağı Şəkidə səfərdə oldu - FOTO

Azad Vətən Partiyasının sədri Akif Nağı Şəki rayonunda səfərdə olub.
 
Səfər zamanı rayon İcra hakimiyətinin başçısı Elxan Usubov, sonra Şəki şəhər Bələdiyyəsinin sədr müavini Səyyarə Musayeva (sədr məzuniyyətdə idi), daha sonra partiya fəalları ilə görüşlər olub. Görüşlərdə Azərbaycan dövlətinin, siyasi rəhbərliyin daxili və xarici siyasətinin əsas istiqamətləri, bölgədəki sosial problemlər, partiya üzvlərinin vəzifələri və digər məsələlərlə bağlı ətraflı müzakirələr keçirilib. Görüşlər zamanı AzVP-nin Siyasi Şurasının sədri Novruz Novruzov, partiyanın Şəki rayon təşkilatının sədri Elxan Rəhimov, partiyanın Şəki şəhər Bələdiyyəsinin üzvü Rafiq Xəlilov, partiya fəalları Rəhim Şirinov, Faiq Əbdürrəhmanov, Rasim Əhmədov və digərləri çıxış edib, təklif və münasibətlərini bildiriblər. Partiya sədri Akif Nağı bildirib: Səfərimiz çox uğurlu keçdi, İcra başçısı Elxan Usubovla maraqlı söhbət oldu.
 
Rayonun problemləri, görülən işlər, AzVP-nin Şəki rayon təşkilatının üzvlərinin iştirakı ilə bağlı fikir mübadiləsi aparıldı, partiyamızın yerli təşkilatının üzvləri öz təkliflərini verdi və yerli təşkilatın ofis-qərargahla təmin olunması ilə bağlı da müraciət etdildi. Eyni zamanda Bələdiyyə sədrinin müavini Səyyarə Musayeva ilə də çox maraqlı söhbət oldu. Bələdiyənin işləri ilə, partiyamızın üzvünün Bələdiyyə işlərində iştirakının təmin olunması, görülən işlərlə bağlı ətraflı məlumat verildi. Fəallarımızın iclası çox canlı keçdi. Geniş müzakirələr oldu, partiya sədri olaraq bütün istiqamətlərdə dövlətin apardığı siyasəti, partiyamızın ölkədə gedən ictimai-siyasi proseslərdə iştirakı ilə bağlı məlumat verdim. Partiya fəalları öz fikirlərini bildirdilər, bütövlükdə dövlətin siyasətini dəstəklədiklərini, eyni zamanda yerlərdə müəyyən problemlər ətrafında hansı işlərin görülməsinin vacib olduğunu vurğuladılar. Ümumiyyətlə hesab edirəm ki, bu cür səfərlər həm təmaslar baxımından, insanların istiqamətləndirilməsi, marifləndirilməsi, yerlərdə insanların fikirlərinin dinlənilməsi, praktiki işlərin görülməsi baxımından həddindən artıq əhəmiyyətlidir.
 
Chosen
7
2
moderator.az

3Sources