AZ

AzVP sədri Akif Nağı Şəkiyə gedib - FOTOLAR

Azad Vətən Partiyasının sədri (AzVP) Akif Nağı Şəki rayonunda səfərdə olub. 

"Cebheinfo.az" xəbər verir ki, səfər zamanı rayon İcra hakimiyətinin başçısı Elxan Usubov, sonra Şəki şəhər bələdiyyəsinin sədr müavini Səyyarə Musayeva və daha sonra partiya fəalları ilə görüşlər keçirib. 

Görüşlərdə Azərbaycan dövlətinin, siyasi rəhbərliyin daxili və xarici siyasətinin əsas istiqamətləri, bölgədəki sosial problemlər, partiya üzvlərinin vəzifələri və digər məsələlərlə bağlı ətraflı müzakirələr keçirilib.

Qəbul zamanı AzVP-nin Siyasi Şurasının sədri Novruz Novruzov, partiyanın Şəki rayon təşkilatının sədri Elxan Rəhimov, partiyanın Şəki şəhər bələdiyyəsinin üzvü Rafiq Xəlilov, partiya fəalları Rəhim Şirinov, Faiq Əbdürrəhmanov, Rasim Əhmədov və digərləri çıxış edib, təklif və münasibətlərini bildiriblər. 

Partiya sədri Akif Nağı bildirib ki, səfər çox uğurlu keçdi:

"İcra başçısı Elxan Usubovla maraqlı söhbət oldu. Rayonun problemləri, görülən işlər, AzVP-nin Şəki rayon təşkilatının üzvlərinin iştirakı ilə bağlı fikir mübadiləsi aparıldı, partiyamızın yerli təşkilatının üzvləri öz təkliflərini verdi və yerli təşkilatın ofis-qərargahla təmin olunması ilə bağlı da müraciət etdildi. Eyni zamanda, bələdiyyə sədrinin müavini Səyyarə Musayeva ilə də çox maraqlı dialoq oldu.

Bələdiyənin işləri ilə, partiyamızın üzvünün bələdiyyə işlərində iştirakının təmin olunması, görülən işlərlə bağlı ətraflı məlumat verildi. Fəallarımızın iclası çox uğurlu keçdi".

O qeyd edib ki, geniş müzakirələr aparılıb:

"Partiya sədri olaraq bütün istiqamətlərdə dövlətin apardığı siyasəti, partiyamızın ölkədə gedən ictimai-siyasi proseslərdə iştirakı ilə bağlı məlumat verdim. 

Partiya fəalları öz fikirlərini bildirdilər, bütövlükdə dövlətin siyasətini dəstəklədiklərini, eyni zamanda yerlərdə müəyyən problemlər ətrafında hansı işlərin görülməsinin vacib olduğunu vurğuladılar. Hesab edirəm ki, bu cür səfərlər həm təmaslar baxımından, insanların istiqamətləndirilməsi, marifləndirilməsi, yerlərdə insanların fikirlərinin dinlənilməsi, praktiki işlərin görülməsi baxımından həddindən artıq əhəmiyyətlidir".

"Cebheinfo.az"

Seçilən
7
2
cebheinfo.az

3Mənbələr