EN

Tehran Bakı ilə razılaşdı Rəisinin xətti dəyişdi

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan və İran arasında ikitərəfli münasibətlərin son dövrlərdə yeni mərhələyə qədəm qoyduğu müşahidə olunur. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfəri, bu ölkənin yollar və şəhərsalma naziri Fərzanə Sadeqi ilə görüşü diqqət çəkir.

Görüş zamanı iki ölkə arasında sərhədin birgə layihələrlə inkişaf etdirilməsi istiqamətində razılaşma əldə olunub. Analitiklərin fikrincə, xüsusilə Astara bölgəsində aparılacaq sahə tədqiqatları əməkdaşlığın praktiki mərhələyə keçdiyini göstərir.

Globalinfo.az-a danışan politoloq Kazım Kazımov bildirib ki, Şahin Mustafayevin son səfəri Azərbaycan-İran münasibətlərinin normallaşmasının göstəricisidir:

“Bir neçə il əvvəl İranın əvvəlki administrasiyası Azərbaycana qarşı qeyri-adekvat addımlar atmışdı. Ölkəmizin xarici siyasəti və regiondakı dövlətlərarası münasibətləri hədəf alan qarayaxma kampaniyası aparılır, əsassız ittihamlar səsləndirilirdi.

Həmçinin oxuyun:

Moskva yenidən “hücuma keçdi”: Putin bu tarixi gözləyir – Sabiq nazirdən vacib PROQNOZ

Hazırkı prezident Məsud Pezeşkian sələfi İbrahim Rəisidən fərqli olaraq, daha mülayim və əməkdaşlığa açıq siyasət yürüdür. O, regionda qonşu dövlətlərlə münasibətləri yaxşılaşdırmaq kursu götürüb.

Kazım Kazımov

Azərbaycan tərəfi isə İrana qarşı siyasətində heç bir dəyişiklik etmədən, mövcud kursunu davam etdirib.

İndi münasibətlərin normallaşması fonunda qarşılıqlı səfərlər baş tutur. Azərbaycan həm Cənub-Şimal, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərində strateji əhəmiyyətə malik kilid nöqtəni tutur. Bakı 2000-ci illərin ortalarından bəri bu layihələr istiqamətində ardıcıl və sistemli işlər görür. Nəticədə, ölkənin yol-nəqliyyat infrastrukturu əhəmiyyətli dərəcədə gücləndirilib”.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
2
globalinfo.az

3Sources