EN

Rusiya və Çin gəmilərindən ibarət dəstə Yapon dənizinə daxil olub

Rusiya Hərbi Dəniz Qüvvələri və Çin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələrinin gəmiləri Asiya-Sakit okean regionunda birgə patrul xidmətinə başlayıb...

Poliqon xəbər verir ki, bu barədə TASS agentliyi Sakit Okean Donanmasına istinadən məlumat yayıb.

Onlar bildiriblər ki, bu məqsədlə ölkələr “Admiral Tributs” böyük sualtı qayıq əleyhinə gəmisi və “Şaoxinq” esminesinin də daxil olduğu müştərək dəstə yaradıb, sonra isə Yapon dənizinə gediblər.

Sakit Okean Donanması qeyd edib ki, Rusiya-Çin dəniz patrulu artıq dördüncü dəfədir keçirilir. 2021-ci ildən etibarən iki ölkənin dənizçiləri hər il manevrlər edir, birgə təlimlər keçirir, dəniz ərazisinin monitorinqini aparır və Rusiya və Çinin dəniz təsərrüfatı obyektlərini mühafizə edirlər.

Poliqon.info 

Chosen
23
1
poliqon.info

2Sources