AZ

Rusiya və Çin Asiya Sakit okean regionunda birgə patrul əməliyyatlarına başlayıb

Ayna saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya-Çin dəniz patrulu artıq dördüncü dəfədir keçirilir

Rusiya Hərbi Dəniz Qüvvələri və Çin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələrinin gəmiləri Asiya-Sakit okean regionunda birgə patrul xidmətinə başlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə TASS Sakit Okean Donanmasına istinadən məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə ölkələr “Admiral Tributs” böyük sualtı qayıq əleyhinə gəmisi və “Şaoxinq” esminesinin də daxil olduğu müştərək dəstə yaradıb, daha sonra Yapon dənizinə gediblər.

Sakit Okean Donanmasından qeyd edilib ki, Rusiya-Çin dəniz patrulu artıq dördüncü dəfədir keçirilir. 2021-ci ildən etibarən iki ölkənin dənizçiləri hər il manevrlər edir, birgə təlimlər keçirir, dəniz ərazisinin monitorinqini aparır və Rusiya Federasiyası və Çinin dəniz təsərrüfatı obyektlərini mühafizə edirlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
ayna.az

2Mənbələr