EN

Rubio Trampın Zelenski və Putin ilə görüşünün şərtini açıqladı

BAKI, 7 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putinlə Kiyev Moskva və Avropa tərəfdaşlarının mövqelərini yaxınlaşdırmaq mümkün olduğu təqdirdə görüş keçirə bilər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio “Fox Business” telekanalına müsahibəsində bildirib.

Rubionun sözlərinə görə, ABŞ ilk dəfə olaraq "Rusiyanın müharibəyə son qoymaq üçün nə istəyə biləcəyi" barədə aydın siqnallar alıb. Lakin o, Kremlin şərtlərini açıqlamayıb.

"Rusiyanın müharibəni bitirməyə hazır olacağı şərtlər barədə daha yaxşı anlayışımız var. İndi bunu avropalıların razılaşacağı və ukraynalıların hazır olacağı şərtlərlə müqayisə etməliyik. Bu mövqeləri bir-birinə necə yaxınlaşdıracağımızı anlamalıyıq. Əgər rusiyalıların istəkləri ilə ukraynalıların istəklərini kifayət qədər yaxınlaşdıra bilsək, o zaman prezident həm Putin, həm də Zelenskinin iştirakı ilə görüş keçirmək imkanına malik olacaq", - Rubio bildirib.

Dövlət katibinin fikrincə, bu baxımdan ərazi məsələləri əsas ola bilər.

Chosen
81
36
teleqraf.com

10Sources