AZ

ABŞ nümayəndə heyətinin tərkibində bu şəxslər olacaq

  ABŞ vitse-prezidenti J.D. Vens, dövlət katibi Marko Rubio və Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkof, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçiriləcək görüşdə iştirak edəcəklər.

Referans xəbər verir ki, ABŞ nümayəndə heyətinə həmçinin Ağ Evin aparat rəhbəri Syuzan Uayls və ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq daxildir.

Ukrayna tərəfdən isə nümayəndə heyətinə prezidentin aparat rəhbəri Andrey Yermak, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, ABŞ-dakı səfir Oksana Markarova və xarici işlər nazirinin müavini Serhiy Kislytsya daxildir./Globalinfo.az   

Seçilən
41
17
referans.az

10Mənbələr