EN

“Araz-Naxçıvan” “Omoniya”ya, “Sabah” “Levski”yə qarşı

“Sabah” və “Araz-Naxçıvan” bu gün UEFA Konfrans Liqasında növbəti oyunlarına çıxacaq.

"Cebheinfo.az" xəbər verir ki, “Sabah” turnirin 3-cü raundunda Bolqarıstanın “Levski” (Sofiya), “Araz-Naxçıvan” isə Kiprin “Omoniya” komandası ilə mübarizə aparacaq.

Paytaxt klubu ilk oyunu səfərdə keçirəcək. Bu görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Naxçıvan təmsilçisi isə “Omoniya” ilə ilk sınağına doğma meydanda çıxacaq. Bu komandaların ilk oyununda Çexiyadan olan hakimlər söz sahibi olacaqlar.

Cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.

"Cebheinfo.az" 

Chosen
10
1
cebheinfo.az

3Sources