Bakıdan İranın iki şəhərinə – Təbriz və Tehrana birbaşa uçuşlara start verilir.
Bakı–Təbriz–Bakı marşrutu üzrə uçuşlar 3 sentyabr tarixindən etibarən həyata keçiriləcək. Bu istiqamətdə reyslər həftədə 2 dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.
Bakı–Tehran–Bakı marşrutu üzrə uçuşlar isə 1 sentyabr tarixindən başlayacaq. Tehran istiqamətində həftədə 4 dəfə – bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri uçuşlar həyata keçiriləcək.