AZ

AZAL Təbriz və Tehrana birbaşa uçuşlara başlayır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) İranın iki şəhərinə - Təbriz və Tehrana birbaşa uçuşlara start verir.

AZAL-dan Sherg.az-a verilən məlumata görə Bakı–Təbriz–Bakı marşrutu üzrə uçuşlar 3 sentyabr tarixindən etibarən həyata keçiriləcək. Bu istiqamətdə reyslər həftədə 2 dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.

Bakı–Tehran–Bakı marşrutu üzrə uçuşlar isə 1 sentyabr tarixindən başlayacaq. Tehran istiqamətində həftədə 4 dəfə – bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri uçuşlar həyata keçiriləcək.
Seçilən
48
1
sherg.az

2Mənbələr