EN

İsrail “Pele”ni 41 yaşında öldürdü

Çilinin “Palestino” klubu Fələstin millisinin sabiq futbolçusu Süleyman Əl-Obeydin vəfat etdiyini açıqlayıb.

Referans Teleqraf-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.

41 yaşlı hücumçu İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində həlak olub.

 
“Klubumuz bu çətin anda bu qeyri-insani vəziyyətə müqavimət göstərən bütün fələstinli futbolçulara və bütün xalqa qucaq açır. Biz idman təşkilatlarını bu vəziyyəti nəzərdən keçirməyə çağırırıq, çünki idmana qarşı bu cür ağır cinayətlərə yol verilməməlidir”, – “Palestino”nun bəyanatında bildirilir.

Qeyd edək ki, Süleyman Əl-Obeyd bütün karyerasını Fələstin çempionatında keçirib. O, yerli azarkeşlər tərəfindən “Fələstinin Pelesi” adlandırılırdı. Əl-Obeyd Fələstin yığmasının heyətində iştirak etdiyi 18 oyunda 2 qol müəllifi olub.

Fələstin Futbol Assosiasiyasının iyulun 23-də açıqladığı məlumatlara görə, 670 gündə 807 idmançı və məşqçi dünyasını dəyişib.

Chosen
122
2
referans.az

3Sources