EN

Yassin Benzya Səudiyyə Ərəbistanı klubunda - Rəsmi

Bu yay “Qarabağ”la yolları ayrılmış Əlcəzair yığmasının yarımmüdafiəçisi Yassin Benzya karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Fəyha” ilə anlaşıb.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə 1 mövsümlük müqavilə imzalanıb.

Xatırladaq ki, Yassin Benzya 2023-cü ilin yanvar ayından “Qarabağ”da forma geyinirdi. Hücumameyilli yarımmüdafiəçi Ağdam klubunun heyətində bütövlükdə 104 oyuna çıxıb, 28 qol vurub, 25 məhsuldar ötürmə müəllifi olub. O, “Qarabağ”la 3 dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunu qazanıb.

Benzya karyerası ərzində “Lill”, “Olimpik” (Lion), “Dijon”, “Fənərbaxça”, “Hatayspor”, “Olimpiakos” kimi klublarda da forma geyinib.

Yarımmüdafiəçi 2016-cı ilin mart ayında debüt etdiyi Əlcəzair yığmasında 15 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Chosen
38
arena.az

1Sources