EN

“Zarya”nın futbolçusu 25 yaşında vəfat etdi

Ukrayna təmsilçisi “Zarya”nın sağ cinah hücumçusu Vladimir Belotserkovets açıqlanmamış səbəbdən avqustun 6-da 25 yaşında dünyasını dəyişib.

Arena.az bu barədə “Zarya”nın mətbuat xidmətinə istinadən məlumat verir.

Futbolçunun ayaq biləyi zədəsindən müalicə aldığı məlum idi, qəfil ölümündən bir neçə saat əvvəl zədədən bərpa olduğu haqda məlumat yayılmışdı.

Vladimir Belotserkovets Xarkov “Metallist”inin məzunudur. Hücumçu həmçinin “İnqulets” və “Metallurq” (Zaporojye) üçün çıxış edib.

Belotserkovets milli yığma komandaya cəlb edilməyib.

Belotserkovetsin qənimətlər muzeyində “İnqulets”lə qazandığı Ukrayna Birinci Liqasının çempionıuğu (2023/2024) var.

Chosen
19
arena.az

1Sources