Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Siyəzən şəhərində yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri aparılıb.
AYNA-dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, şəhərdaxili küçə və prospektlərdə, ümumilikdə 23,5 kilometr məsafədə üfüqi nişanlama xətlərinin yenilənməsi həyata keçirilib.
Bununla yanaşı, sözügedən ərazilərdə 15 nizamlanmayan piyada keçidi yenilənib və müvafiq yol nişanları quraşdırılıb.