ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 7 avqust, AZƏRTAC
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Siyəzən şəhərində yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri aparılıb.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, şəhərdaxili küçə və prospektlərdə, ümumilikdə 23,5 kilometr məsafədə üfüqi nişanlama xətlərinin yenilənməsi həyata keçirilib.
Bununla yanaşı, sözügedən ərazilərdə 15 nizamlanmayan piyada keçidi yenilənib və müvafiq yol nişanları quraşdırılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.