Paytaxtın Yasamal rayonunda quldurluq hadisəsi qeydə alınıb.
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Naməlum şəxs gecə saatlarında zərərçəkənə zor tətbiq edərək onun mobil telefonunu ələ keçirib.
Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 19 yaşlı M.Abışov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.