AZ

Yasamalda quldurluq edən şəxs saxlanıldı

Paytaxtın Yasamal rayonunda quldurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs gecə saatlarında zərərçəkənə zor tətbiq edərək onun mobil telefonunu ələ keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 19 yaşlı M.Abışov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
35
50
avtosfer.az

10Mənbələr