EN

Tanınmış idmançıya nazirlikdə yüksək vəzifə verildi

Məşhur idmançıya Fövqəladə Hallar Nazirliyində (FHN) vəzifə verilib.

Axar.az News24.az-a istinadən xəbər verir ki, poverliftinq üzrə dünya və Avropa çempionu olmuş Rövşən Məqsəd oğlu Xəlilov FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin döyüş və xüsusi hazırlıq idarəsinin fiziki hazırlıq şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, poverliftinq üzrə altıqat dünya və üçqat Avropa çempionu olmuş R.Xəlilov Azərbaycan Respublikasının fəxri idman ustasıdır.

Chosen
72
22
news24.az

10Sources