Astara rayonunda 62 yaşlı kişi dənizdə boğulub.
Viral.az/” target=”_blank”>Viral.az modern.az–a istinadən xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində dəniz ərazisində baş verib.
Günorta saatlarında ərazidəki çimərlikdə uzaq məsafəyə üzən 1963-cü il təvəllüdlü kənd sakini Xanoğlan Museyib oğlu Əsədullayev dənizdə batıb. Ətrafdakıların köməyi ilə onun meyiti sudan çıxarılıb.
Son Yazılar:
- Astarada 62 yaşlı kişi dənizdə boğuldu
- Zəngəzur dəhlizi AÇILIR – Adı BELƏ OLACAQ
- İlham Əliyevin Vaşinqtondakı korteji – VİDEO
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.