EN

İran mətbuatından “bulud savaşı, iqlim müharibəsi” iddiası — Hədəfdə Bakı var

İranın ali rəhbərinə birbaşa bağlı olan radikal mühafizəkar “Keyhan” qəzeti növbəti dəfə əsassız iddialarla gündəmə gəlib.

Turkustan.az xəbər verir ki, qəzetin son məqaləsində peyk görüntülərinə istinadən bildirilir ki, əvvəllər Aralıq dənizindən Türkiyə üzərindən İrana daxil olan bulud kütlələri son günlərdə birbaşa olaraq Bakı istiqamətinə yönəlir və İran sərhədlərinə çatmır.

Məqalədə bu istiqamət dəyişikliyinin arxasında “düşmən qüvvələrin iqlimə müdaxiləsi” dayandığı iddia olunur. Qeyd olunur ki, bu proses guya Türkiyədə fəaliyyət göstərən 75 İsrail şirkətinin iştirak etdiyi “iqlim dəyişikliyi layihəsi” çərçivəsində həyata keçirilir.

Chosen
35
4
demokrat.az

5Sources